Britaniya parlamenti hökumətin “Brexit” üzrə planını dəstəkləyib

_92876133_fd1c70cc-06d9-4696-90ce-3654781da2d8-1Britaniya parlamentinin İcmalar palatası ölkənin Avropa İttifaqından mərhələli çıxışa dair planını dəstəkləyib

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

448 deputat lehinə, 75 deputat isə əleyhinə səs verib. Brüssel ilə “Brexit” üzrə formal danışıqlar gələn ilin mart ayının sonundan gec başlamayacaq.

Tereza Meyin hökuməti öz tərəfindən Aİ rəhbərliyi ilə gələcək danışıqların əsas detallarını açıqlamağı öhdəsinə götürüb, bununla yanaşı, Britaniyanın danışıqlarda mövqeyini zəiflədə biləcək heç bir təfərrüatı açıqlamayıb.

2016-cı ilin iyununda keçirilən referendumda Britaniyanın sakinlərinin əksəriyyəti (51,9%) ölkənin Aİ-dən çıxmasına səs verib.

Noyabrın əvvəlində Ali məhkəmə hökumətin Lissabon müqaviləsinin 50-ci maddəsinin (Avropa İttifaqından çıxmağa dair prosedurun başlanması) tətbiqinə parlamentin təsdiqi olmadan başlaya bilməz.

Britaniyanın Avropa İttfaqından çıxması şərtlərinə dair danışıqların iki il davam edəcəyi ehtimal edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR