Bürclər – 19 DEKABR

Qoç – səfər və ya səyahətdə risk artır
Texnika ilə davranışda ehtiyatlı olun. Axşam saatlarında intellektual fəaliyyətlə məşğul ola bilərsiniz. Dəqiq həll variantları tapın.
Buğa – gərgin, qarışıq və laübəli gündür. Hadisələr təxminlənməsi çətin məcrada inkişaf edir. Çoxdan saxlanan emosiyalar maneəsiz güclənir. Daxili müdafiə sistemləri isə gərək olanda işləmirlər.
Əkizlər – emosional davranmayın, qəzəbli açıqlamalar verməyin. Problem sizin reaksiyanız qədər ciddi deyil.
Xərçəng – diqqətli olun, amma inad etməyin. İndi güzəştə getmək, kompromisdən çəkinməmək zamanıdır. Mövqeləriniz möhkəmlənənə qədər sayıq davranın.
Şir – ciddi işgüzar və şəxsi məsələlərə vaxt ayırın. Tərəfdaşların mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın.
Qız – yaşamınızda və münasibətlərinizdə hansısa məqam ağırlaşa bilər. Sədləri sakitcə aradan qaldırın, münasibətləri korlamayın.
Tərəzi – yaşana biləcək xoşagəlməz hadisənin kökü tərəfdaşın özünə əmin olmaması, özünü sığortalamaq istəyidir. Bədxahların təxribatlarını cavabsız qoyun. Enerjinizdən daha rasional yararlanın.
Əqrəb – sizinlə eyni “dalğa”dakı insanlar yanınızda olacaq. Günün ikinci yarısında aldığınız xəbərə reaksiya və ya cavabda tələsməyin. Təcili görüləsi işi bitirin.
Oxatan – yaranmış situasiyalarda sürətli və dəqiq reaksiyanız olmalıdır. Fəaliyyətinizdə intizamlı olun. Sədlər və maneələrə rəğmən, irəliyə doğru hərəkət edin.
Oğlaq –  ev işləri ilə də məşğul olmaq gərəkdir. Alış-verişdə çox pul xərcləməyin. Yaşam arealında estetik dəyişikliklər edin.
Dolça – gərəksiz insanla münasibətlərdən, sizi ağırlaşdıran hisslərdən qurtulun. Yaxın bildiyiniz insanla mühüm söhbət olmalıdır. Əlaqələrə daha çox müəyyənlik gətirin.
Balıqlar – mühüm məsələ sual altındadır. Emosional gərginliyə rəğmən sakit çalışın. Yaxın ətrafınızdakı adamlardan birinin təxribatına uymayın. Münaqişəyə cəlb olunmağınıza imkan verməyin.
milli.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR