Cavabdeh məhkəmənin qərarından bixəbərdi-FOTO

snimokBu il dekabrın 6-da Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytında “Sahibkarlar pullarını geri tələb edirlər” başlıqlı məqalə dərc olunub. Məqalədə Dağıstan Respublikasının sakini, Rusiya Federasiyasının vətəndaşı İradə Kərimovanın  Qafqaz Xəbər Agentliyinə müraciəti ilə bağlı məlumat verilmişdi. İradə Kərimova bizə bildirib ki, o və onun dostları Xəzər Qurbanov, Telman Kazımov və Vüqar Saramanov Azərbaycan vətəndaşları Araz Hacıyev və Vidadi Əzizov tərəfindən aldadılıblar.

”Araz Hacıyev və Vidadi Əzizov bizə Venesuela, Makedoniya, İran və Türkiyədən malların idxalında iştirak etməyi təklif etdilər. Bunun üçün hər birimiz müəyyən məbləğdə pul verməli idik. Tərəfimizdən təqdim edilən məbləğdən asılı olaraq, biz bu ölkələrdən mal almalı idik. Bu meyvə qurusu, məişət texnikası və s. idi. Mən və dostlarım Vidadi Əzizov və Araz Hacıyevə inandıq. Mən onlara 60 min dollar verdim. Telman Kazımov Vidadi Əzizova 100 min dollar verib. Vüqar Saramanov Əzizov və Hacıyevə 530 min dollar verib. Xəzər Qurbanov isə Əzizov və Hacıyev15328170_1799459690313900_1752872279_n-1-1ə 300 min dollar ödəyib”, – İradə Kərimova məlumat verib.

Müraciətdə Kərimova qeyd edir ki, o və onun dostları Araz Hacıyev və Vidadi Əzizov tərəfindən aldadılıblar.15320333_1799460116980524_160356904_n-1-1

“Biz İran, Venesuela, Makedoniya və Türkiyədən heç bir mal almadıq. Sən demə, Araz Hacıyev yalnız bizə atmayıb. Onunla bağlı yeni şikayətlər daxil olub, və o qaçıb. Bu gün Araz Hacıyev beynəlxalq axtarışdadır. Telman Kazımov Azərbaycan DİN-ə Vidadi Əzizovdan şikayət ərizəsi ilə müraciət edib. Amma təəssüf ki, heç bir tədbir görülməyib”, – İradə Kərimova öz məktubunda bildirir. Biz İradə Kərimovanın xahişini yerinə yetirmək qərarına gəldik və öz araşdırmamızı apardıq. Kavkaznews Vidadi Əzizov ilə əlaqə saxlayıb və İradə Kərimo15401321_1799460136980522_1244274130_n-1vanın fikirlərini şərh etməyi xahiş edib.

“Mən onunla şəxsən tanış deyiləm. Amma o, məni hədələyib. Mən artıq Nərimanov  RPİ-nin  18-ci polis bölməsinə onun tərəfindən təhdidlər ilə bağlı müraciət etmişəm. Mən İradə Kərimovaya heç nə borclu deyiləm. Vüqar Saramanovu isə mən heç tanımıram. Araz Hacıyev mənə 500 min dollar borcludur. O, Telman Kazımovu mənə qarşı qızışdırır. Telman Kazımov artıq Azərbaycan DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Sonra o, Baş Prokurorluğa şikayət edib və bildirib ki, guya Moskvada ona qarşı bir neçə qəsdlər törədilib və guya, bu sui-qəsdləri mən təşkil etmişəm. Srağagün o, mənə zəng vurdu və dedi ki, törətdiyi əməldən peşman olub və onu Araz Hacıyev öyrədib”, – deyə Vidadi Əzizov bildirib.

Biz həmçinin rusiyalı iş adamı Vüqar Saramanov ilə də əlaqə saxladıq. O, Vidadi Əzizovun dediklərini təkzib edib. “Vidadi Əzizov və Araz Hacıyev məni aldatdılar. Onlar məni aldadaraq, 500 min dollarımı mənimsəyiblər”, – deyə Vüqar Saramanov Kavkaznews-a bildirib. Adı bu işdə hallanan digər 15310224_1799459620313907_636269458_n-1sahibkar – Telman Kazımov da İradə Kərimovanın təqdim etdiyi məlumatı təsdiqləyib.

“Mən həqiqətən də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişəm. Niyəsə görə mənim şikayətimi mülki iş kimi qiymətləndirdilər. Mən heç də öz şikayətimdən imtina etməmişəm. Bir daha təkrarlayıram, mən şəxsən Vidadi Əzizova 100 min dollar vermişəm. Özüm də ona zəng etməmişəm və üzr istəməmişəm”, – deyə Telman Kazımov Kavkaznews-a bildirib. (Kavkaznews).

sened1Bu il dekabrın 9-da Kavkaznews  başladığı araşdırmanı davam etdirmək qərarına gəlib. Tədqiqat zamanı biz hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən Sumqayıt şəhər məhkəməsinin bu ilin 8 noyabr tarixli məhkəmə iclasının protokolunu aşkar etdik. Bu arada xatırladaq ki, bu məhkəmə iclasında Telman Kazımovun Vidadi Əzizov barəsində iddiasına baxılıb. Protokola əsasən, Telman Kazımov öz iddiasında məhkəməyə bildirib ki, 2010-cı il mayın 27-də o Vidadi Əzizova borca 100 min ABŞ dolları verib. Vidadi Əzizov ona borc qəbzi verib, hansına ki, əsasən, o həmin sənəddə göstərilən müddətdə borcunu qaytarmaq barədə öhdəlik götürüb. Ancaq, Telman Kazımov öz iddiasında bildirir ki, Vidadi Əzizov ona borc götürdüyü pulu qaytarmayıb.sened2

Telman Kazımov məhkəmədən Vidadi Əzizovdan ona borca verilmiş 100 min dolların, habelə borc alınan gündən başlayaraq  hər il üçün borcun ümumi məbləğinin 5 faizinin alınmasını xahiş edib. Dəvət olunmasına baxmayaraq, Vidadi Əzizov məhkəməyə gəlməyib. Ona görə də hakim Ceyhun Məmmədov Vidadi Əzizovun iştirakı olmadan məhkəmə iclasına başlamaq qərarı qəbul edib. Sumqayıt şəhər məhkəməsinin məhkəmə kollegiyası da Vidadi Əzizovdan 100 min ABŞ dolları və dövlət rüsumu kimi 30 manat alınması qərarını qəbul edib.

Biz öyrəndik ki, məhkəmənin qərarı icra olunmayıb. Məhkəmə qərarının icra olunmamasınınsened3 səbəblərinin araşdırılması üçün biz Sumqayıt şəhər məhkəmə qərarlarının icrası idarəsi ilə əlaqə saxlamağa cəhd etdik. Lakin, təəssüf ki, bizim cəhdlərimiz uğurla nəticələnmədilər. Onda Kavkaznews Sumqayıt şəhərinin Ədliyyə Nazirliyindəki kuratoru Dəyanət Mustafayevə müraciət etdi.

“Məhkəmə qərarının qüvvəyə minməsi üçün, bir ay keçməlidir. Deməli, məhkəmənin bu qərarı dekabrın 8-də qüvvəyə minməlidir. Hələ məlum deyil, digər tərəf Apellyasiya şikayəti verəcək ya yox” – deyə Dəyanət Mustafayev Kavkaznews-a bildirib.

Ədliyyə Nazirliyinin əməkdaşı bildirib ki, məhkəmə qərarı icrasına yalnız Vidadi Əzizov Apellyasiya şikayəti, sonra isə kassasiya şikayəti verməsə yönəldiləcək. Biz qərara gəldik ki araşdıraq, Vidadi Əzizov Apellyasiya və kassasiya şikayəti verməyə hazırlaşır ya yox? Buna cavab almaq üçün biz Vidadi Əzizovun özünə müraciət etdik. “Məgər Kazımov məni məhkəməyə verib? İlk dəfə eşidirəm” – Əzizov dedi və dəstəyi asdı.

R.Həsənoğlu

Qafqaznews

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR