Çin futbolunda ən bahalı transfer gerçəkləşir

df4539be-2f20-41f4-8342-2f5cee302e0aÇinin “Şanxay SİPG” klubu İngiltərənin “Çelsi” klubunun futbolçusu Oskarı transer edəcək. “Report”un “The Telegraph”a istinadən verdiyi məlumata görə, Asiya klubu braziliyalı yarımmüdafiəçi üçün təxminən 75 milyon dollar ödəyəcək.

Artıq tərəflər arasında razılıq əldə olunub və qış transfer pəncərəsində keçib baş tutacaq. 25 yaşlı futbolçu Çində həftəyə təxminən 443 min dollar qazanacaq. Müqavilə rəsmiləşsə, Oskar Çin Super Liqasında ən bahalı transfer sayılacaq. Hazırda “Şanxay SİPG”ə Andre Villaş-Boaş baş məşqçilik edir. O, “Tottenhem”də çalışdığı vaxtlarda Oskara təklif göndərsə də, futbolçu “Çelsi”yə keçməyə üstünlük verib.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi 2012-ci ildən London klubunda forma geyinir. O, cari mövsümdə 9 oyunda meydana çıxıb və 1 qol ötürməsi verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR