Corc Mayklın ölümünün SƏBƏBİ

Məşhur britaniyalı müğənni Corc Mayklın ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu “Daily Express” müğənninin meneceri Maykl Lippman deyib.

Qeyd edək ki, 53 yaşında vəfat edən əfsanəvi pop ulduz 2011-ci ildə pnevmoniyanın ağır formasını keçirmiş, lakin həmin ildəcə musiqiçi tam sağaldığını elan etmişdi.

C.Maykl 1963-cü ildə Londonda anadan olub. O, 1980-ci ildə “Wham” duetində öz musiqiçi karyerasına başlayıb. Qrup dağıldıqdan sonra isə solo fəaliyyətə başlayıb. Musiqiçi cəmi 6 solo albom buraxıb.

Öz kayerası ərzində C.Maykl bir çox musiqi mükafatları, o cümlədən 3 “Grammy” və 5 “MTV” mükafatı alıb. Onun sonuncu albomu (“Symphonica”) 2014-cü ildə çıxıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR