Direktor: “Hazırda ən ağır vəziyyət yol qəzalarında xəsarət alanların müalicəsi sahəsindədi

“Azərbaycanın regionlarındakı xəstəxanalarda yaradılan yüksək şərait nəticəsində artıq xəstələr Bakıya gəlmək məcburiyyətində qalmır”.

“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Otopediya İnstitunun direktoru Vaqif Verdiyev deyib.

O bildirib ki, Azərbaycanda 2009-cu ildən süni oynaqların qoyulması əməliyyatı aparılır: “2009-cu ildən bu günə kimi 100-lərlə xəstə üzərində dövlət hesabına endoprotezləşmə əməliyyatı aparılıb”.

Direktor qeyd edib ki, hazırda ən ağır vəziyyət yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlarla bağlıdır. Onun sözlərinə görə, bu cür hadisələrin sayı son illər çox artır: “Yol qəzaları nəticəsində kəllə beyin travması, döş qəfəsindən ciddi zədələnmələr olur. Bu zədələrin də müalicəsi çox çətindir. Çoxsaylı sınıqlarla müraciət edənlərin sayı artıb. Yol nəqliyyat travmatizmi ilə əlaqədar araşdırmalar aparılır. Çalışmalıyıq bunun qarşısını alaq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR