Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək

03af78df-9a18-450b-ab56-0ee2163d7605ABŞ-ın yeni prezidenti Donald Tramp yanvarın 20-dək biznesini tərk edəcək.

“Report” xəbər verir ki, bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

“Qanun bunu mənə məcbur etməsə də, diqqətimi prezidentliyə yönəltmək üçün şirkətlərimi tərk edəcəyəm. Şirkətləri iki oğlum – Don və Erik, eləcə də idarə heyətinin üzvləri idarə edəcək. Prezidentliyim müddətində (və ya müddətlərində) heç bir yeni sövdələşmə edilməyəcək” – D.Tramp yazıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp biznesdən getmə planlarına həsr olunacaq mətbuat konfransının vaxtını yanvar ayına ertələyib.

Onun prezident kimi andiçmə mərasimi 20 yanvar 2017-ci il tarixində baş tutacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR