Dövlət Departamenti Ərdoğanın bəyanatını cəfəngiyat adlandırıb

Dövlət Departamenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. Qeyd edək ki, Ərdoğan bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib.

Qafqaznews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur.

“Bu ittiham cəfəngiyatdır”, – deyə o bildirib.

Bundan əvvəl Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini qeyd edib.

“Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda onlar İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalarına dəstək verirlər. Bu gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”, – deyə Ərdoğan qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR