Dövlət Duması rusiyalı diplomatların təhlükəsizliyinə dair bəyanat qəbul edib

Rusiya Dövlət Dumasının deputatları ölkə xaricində olan rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib və bütün ölkələrin parlamentlərini terrorla səmərəli mübarizə aparmaq üçün birləşməyə çağırıb

“Bu dəhşətli təxribatı törədənlər – həm icraçılar, həm rusofobiya, millətlərarası, dinlərarası və məzhəblərarası düşmənçilik, ekstremizm və fanatizm duyğularını alovlandıraraq terrorçunun əlini idarə edənlər layiqli cəzalarını almalıdırlar”, – bəyanatın mətnində deyilir.

Bəyanatın lehinə 428 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR