DTX-nın həbs etdiyi “reket jurnalist”in villa və avtomobilləri- FOTOLAR

h4-1Azərbaycan mediası adına qara ləkə kimi yapışan “Gündəlik-Bakı” adlı  reket qəzetin baş redaktoru Habil Vəliyevin həbsi  istər media, istərsə də cəmiyyətin digər təbəqələrində müsbət qarşılandı. Bu şəxsin  uzun illər Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin himayəsi altında ölkədə şantaj edib, pulunu almadığı nə məmur, nə də sahibkar qalmamışdı. Açıq şəkildə şantaj, hədə-qorxu ilə tələb etmə yolunu tutan Habil Vəliyev  bu üsullarla Bakıda bahalı avtomobillərə və daşınmaz əmlaklara sahib olub.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Habil Vəliyev avtomobilləri üçün eyni olan 111 nömrə sonluqlarını da Baş Dövlət Yol Polisini şantaj edərək, ödənişsiz əldə edib. Ona məxsus “Lexus”, “Range Rover” və “Mercedes” markalı avtomobillərin dövlət nömrə nişanı 111-lə bitir.

Gununsesi.info “reket jurnalist”in özünün və qardaşları üçün yan-yana inşa etdirdiyi 3 villanın (dəniz kənarında-red.) və avtomobillərinin fotolarını təqdim edir:

h4 habil1 habil2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR