Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı məhv edildi

0757da43-5a4f-4a01-aa3c-3f6268c0b3b7_292Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 12-də axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi düşmənin ikinci pilotsuz uçuş aparatıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR