Ermənistan SQ-nın Baş Qərargah rəisinin müavini qəzaya düşüb

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Enriko Apriamov avtomobildə olarkən qəzaya düşüb.

Qafqaznews.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan KİV-i məlumat verir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan E.Apriamov və sürücüsünün müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.Onların həyatı təhlükədə deyil.

Yol qəzası Qəmərli şəhərinə gedən yolda baş verib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR