“Evə girmişdi, dedim gözlə gəlirəm” – Qayınanasının evindən kombi oğurladı – VİDEO

Paytaxtın Suraxanı Rayon Polis İdarəsinin əməliyyatçıları Hövsan qəsəbəsində baş verən oğurluq hadisəsinin üstünü açıblar
ARB TV xəbər verir ki, Lamiya Gülməmmədova Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək evindən isitmə sisteminin, elektrik naqillərinin və tikinti avadanlıqlarının oğurlandığını bildirib.
Polis əməkdaşları apardıqları araşdırmaların nəticəsi olaraq oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Hövsan qəsəbə sakini 33 yaşlı Azər Məlikovu və onun qohumunu saxlayıblar. Qayınanasının evində yaxalanan Xəqani, oğurluq təklifini Azərə özünün etdiyini etiraf edib.
Xəqani Əliyev – Saxlanılan şəxs: “Axşam Azərgilin evinin qarşısından keçəndə evi gördüm. Dedim ki, evin içində nəsə var? dedi ki, bilmirəm. Axşam Azərə zəng etdim ki, hardasan? dedi ki, raşotkanı qırıb evə girmişəm. Soruşandakı nə var orda? cavab verdi ki, kombi. Dedim gözlə mən də gəlirəm”.
Oğurladıqlarını aparmağa çalışan şəxslər naməlum avtomobilin gəldiyini görüblər. Bu zaman oğurluq malları orada qoyaraq qaçıblar.
Xəqani Əliyev – Saxlanılan şəxs: “Dəmiryolunun üstündə gördük ki, maşın siqnal verir. Elə bildik polis əməkdaşlarıdı. Götürdüklərimizi qoyub qaçdıq. Sonra Azər dedi ki, mən qayıdıram. Qayıdıb zəng elədi ki, əşyalar yoxdur”.
Faktla bağlı cinayət işi açılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR