Fərhad Adıgözəlovun “vurulma”sında Rüfət Aslanının rolu nə olub? – NÜANSLAR

bankPalata sədri “Azər-Türk Bank”ın Müşahidə Şurasına hər hansı şəkildə təzyiq göstəribmi?

Dekabrın 5-də Qafqaznews.az saytında “Azər-Türk Bank” da 128 milyon manatlıq qalmaqal yaşanıb?” başlıqlı yazı dərc olunmuşdu.

Həmin yazıda “Azər-Türk Bank”ın dekabrın 2-də yaydığı rəsmi məlumata toxunulur və bildirilirdi ki, bankın Müşahidə Şurasının növbədresən kənar iclasında “Azər-Türk Bank”ın İdarə Heyətinin (İH) tərkibinə dəyişikliklər edilib. Belə ki, Xalid Nurəddin oğlu Əhədov İH-nin üzvü seçilib.

Həmçinin İH-nin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə edilib. O, yeni vəzifəsində Fərhad Adıgözəlovu əvəz edib. Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub .

Həmçinin, keçən yazımızda qeyd etmişdik ki, Bu “növbədənkənar iclas” və qəfil dəyişikliklər məsələsi, Qafqaz Xəbər Agentliyi olaraq, bizim də diqqətimizi çəkib və təcili dəyişikliklərin səbəbini araşdırmağa çalışmışıq.

Əlbəttə, Müşahidə Şurasının tələm-tələsik toplanması və Fərhad Adıgözəlovun, habelə bir neçə İH üzvünün “əlavə açıqlama” olmadan rəhbərlikdən kənarlaşdırılması ictimaiyyətdə suallar doğurmaya bilməzdi.xalid_2

Qafqaznews-a məlumat verən mənbələr bildiriblər ki, Fərhad Adıgözəlovun bank rəhbərliyindən uzaqlaşdırılmasına, habelə İH-də baş verən “kompleks” dəyişikliklərə səbəb külli miqdarda vəsaitin “diqqətdən qaçması” olub. Belə ki, mənbələrin məlumatına görə, “Azər-Türk Bank”da 128 milyon manatlıq qalmaqal yaşanıb və bu işə hüquq mühafizə orqanları da qarışıblar: “Fərhad Adıgözəlovun özü də hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və bir gündən sonra sərbəst buraxılıb”.

Həmçinin, məlumatda sözügedən bankın maliyyə naziri Samir Şərifovun kurasiyasında olduğu bildirilir. Bu və digər məqamlara aydınlıq gətirmək üçün, “Azər-Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov ilə əlaqə saxladıq.bez-nazvaniya

O, həqiqətən də dekabrın 2-də İH sədri və bir neçə İH üzvünün bankın idarəçiliyindən uzaqlaşdırıldığını təsdiqlədi. N.Cəfərovun sözlərinə görə, Müşahidə Şurasının qərarı ilə, Fərhad Adıgözəlov və digər bəzi İH üzvləri rəhbrlikdən kənarlaşdırılıb, Rumiyə Məmmədova isə İH-də saxlanılıb və o, hazırda müavin vəzifəsini həyata keçirir.

“Bu qəfil dəyişikliklərin səbəbi nə olub?”, – deyə soruşduqda, Nəsimi Cəfərov belə cavab verdi: “Bu, Müşahidə Şurasının qərarıdır. O barədə mən heç nə deyə bilmərəm, hər hansı məlumata malik deyiləm”. Biz 128 milyon manatlıq qalmaqal haqqında da soruşduq.

Nəsimi Cəfərov əvvəlcə “Bilmirəm, məlumatım yoxdur” ,– deyə bildirsə də, bir qədər düşündükdən sonra “Yalnış məlumatdır” deyə əlavə etdi. Bank rəsmisi “saxlanılma” məsələsini isə belə şərh etdi: “O barədə məlumatlı deyiləm. Amma Fərhad Adıgözəlov dünən (bazar günü – red.) günün birinci yarısında bankda olub, hər hansı saxlanılma barədə eşitməmişəm”. “Bizim mənbələrin sözlərinə görə, saxlanılma hadisəsi ötən həftənin cümə günü baş verib”, – deyə qeyd etdik. “Elə bir məlumat yoxdur… Səhv informasiyadır”, – deyə N.Cəfərov bildirdi.

O, “Samir Şərifovun kurasiyaı məsələsi”nə də toxunaraq bildirdi ki,, “Azər-Türk Bank”ın səhmlərinin 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir: “Dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir”.

Dekabrın 7-də isə Qafqaznews-a bank sektorundan daha yeni məlumatlar daxil oldu. Yeni daxil olan məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palata sədri Rüfət Aslanlının da bu maliyyə problemindən xəbəri olub və hüquq mühafizə orqanlarını da məsələyə məhz R.Aslanlı cəlb edib.

“Lakin F.Adıgözəlovun hansısa əlaqələri sayəsində sərbəst buraxılmasından sonra, R.Aslanlının təkid və təzyiqləri ilə Adıgözəlov bank rəhbərliyindən kənarlaşdırıldı. İş o yerə çatıb ki, Müşahidə Şurasının üzvləri MBNP sədrinin tələbini təcili icra etməyə məcbur qalıblar və bu məsələnin çox “şişməməsi” naminə, Fərhad Adıgözəlovu “növbədənkənar” şəkildə bank rəhbərliyindən uzaqlaşdırıblar”, – deyə mənbə bildirib.

405850626Palatanın (yaxud, sədr Rüfət Aslanlının) bu və ya digər şəkildə məsələdə oynadığı rol, “Azər- Türk Bank”da hər hansı vəsait yayınması və 128 milyon manatlıq qalmaqal yaşanması iddiaları, eləcə də Palata sədrinin tələbi ilə Fərhad Adıgözəlovun vəzifəsindən uzaqlaşdırılması kimi məqamlara aydınlıq gətirmək xahişi ilə, MBNP-nin Direktorlar Şurasının mütəxəssisi Jalə Ajennadjat ilə əlaqə saxladıq.

J.Ajennadjat bizim sualımızı və 15415966_342113642828702_1577513323_n-a daxil olan məlumatları dinlədikdən sonra, bizə bildirdi ki, Palatanın mətbuat xidməti ancaq “e-mail” vasitəsilə işləyir və elektron ünvana sorğu göndərməyimiz lazımdır.

“Mətbuat şifahi sorğu da verə bilər və siz sualımızı qeyd edib araşdırma apara, sonra bizə məlumat verə bilərsiniz. Xahiş edirəm, sualımı və əlaqə nömrəmi qeyd edin, mən “e-mail”ə də sorğu göndərəcəyəm”, – deyə əməkdaşımız bildirdi.

Palata nümayəndəsi ilə razılaşdıq və biz suallarımızı deyilən ünvana göndərdik. Lakin iş gününün sonunda Jalə Ajennadjat bizə bildirdi ki, suallarımız rəhbərliyə təqdim olunub və cavablandırılması bir neçə gün, hətta bir həftə vaxt apara bilər.

Əlbəttə, Qafqaz Xəbər Agentliyi olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının operativ fəaliyyətini alqışlayırıq;  lakin KİV haqqında qanunvericiliyə uyğun olaraq, dərcini vacib bildiyimiz məlumatı yayımlamaq hüququmuzdan da istifadə edirik. MBNP-nin sözügedən məsələ ilə bağlı rəsmi açıqlamasını da dərc etməyə hazırıq.

Rüfət Əhmədzadə

Qafqaznews

Mövzu ilə bağlı link:
http://qafqaznews.az/2016/12/az-r-turk-bank-da-128-milyon-manatliq-qalmaqal-yasanib-arasdirma/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR