“Ginnesin Rekordlar kitabı”na düşən cütlüyün TOY FOTOLARI

1328084_3f64aa416190aa57bb3e85dce2a9de60_640x640_4b9d680645989540ab7d6539aae2c75eDünyanın ən balaca boy cütlüyü Paulo Gabriel da Silva Barros və Katyucia Lie Hoshino bənzərsiz sevgi yaşayırlar. Dörd il uzaq məsafədən münasibət yaşayan braziliyalı cütlük sonradan birlikdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə cütlük rəsmən evlənib və elə həmin gün də onların adı “Ginnesin Rekordlar kitabı”na düşüb.

Aile.lent.az onların sevgi hekayəsini təqdim edir.

Braziliyalı kişi və qadın ayrı-ayrı şəhərlərdə yaşayıblar. 88 sm boyu olan Barros hüquq şirkətlərindən birində işləyir, 89 sm boyu olan Katyucia isə kosmetoloqdur. Bir-birini çox sevən cütlük 10 il əvvəl sosial şəbəkədə tanış olublar. Barros qızı görən kimi aşiq olub, Katyucianın isə ondan xoşu gəlməyib. Hətta onu sosial şəbəkədə blok da edib. Bundan sonra Barros kilometrlərlə yol qət edərək, Katyucianın könlünü fəth etmək üçün onun yaşadığı şəhərə gəlib. Dörd illik sevgi münasibətindən sonra cütlük bir yerdə yaşamağa başlayıblar. Bir neçə gün öncə isə onlar rəsmən evləniblər.

Dünyanın ən balaca boy cütlüyü hər fürsətdə bir-birinə olan sevgisini dilə gətirir. Onlar həyatın bütün çətinliklərinin öhdəsindən birlikdə gəlirlər. Xəyallarının ikisini reallığa çevirən cütlüyün bir arzusu qalıb – uşaq sahibi olmaq. Həkimlər cütlüyə qüsurları səbəbindən uşaq sahibi olmağa icazə vermirlər. Lakin onlar istəklərindən vaz keçmirlər. Hətta bu arzularına çata bilməsələr də, bir-birinə sahib olmağı ən böyük şans hesab  edirlər.

Barros ve Katyucia insanların onları anlayışla qarşılamalarını istəyirlər. Yolda gedərkən belə, insanların baxışlarından narahat olan cütlük özləri kimi qüsurlu şəxslərin digərləri tərəfindən normal qarşılanmasını arzulayır.

1328084_01fd0969866e462b6c1a7d2cc7016794_640x640_c276018bb023198efedd6aaf9b809a6c 1328084_3e4645208af582f324b50c36ee40b862_640x640_8af42c78de45bb846c7d43ab2fec37c9 1328084_4bdf4dcc0e966d28d1f3e34eaa7f16b3_640x640_d751ee0603148c3dd201b6d94bd6389a 1328084_18c747e14dd6ce95caa6da9d25f39f8f_640x640_2bd85fc25c0a7df9ecaa72127633802a 1328084_128f8214d884044c9ebf1e9554ff4f10_640x640_e0e4959451146a81779939b390d3eaf6 1328084_136addd41aa6435afbf39f430c65108b_640x640_5b09af1a036212541a2443299e2ae746 1328084_584ee8a7b80420cac76f3dccd3bda872_640x640_c8b38b64f65306caebd293966859b6fb 1328084_d1bf8145122261b5c1ea68d397c6a9ec_640x640_3ae58ab525f543517675c135ecd30fef 1328084_d5a54d3cac10d3278caf9b787eade95c_640x640_a045d14cceed62e195c917ccefae23a2 1328084_dc34005d8b20c8ec1dc475c790db8d9f_640x640_17f3c52599c8552aa795452afba3ef4c 1328084_de9e45025ce470690b5f87cfb48a8ac8_640x640_028fd6dfc52c8f0a34dc86c7cf49b117

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR