Hər kəs tibb bacısının kədərli statusundan danışır – Necə qıydınız onlara?! – FOTO

00129664Terrakt sosial şəbəkədə lənətlənib

Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib. Hadisə nəticəsində 39 nəfər ölüb, 155 nəfər yaralanıb.

Terrakt sosial şəbəkədə lənətlənib.

Yaralı polislərin müalicə olunduğu Şişli Dövlət Xəstəxanasının tibb bacısı terrorla bağlı paylaşım edib. Onun yaralı polisdən bəhs edərək yazdığı kövrək status sosial şəbəkənin gündəmini zəbt edib./milli.az

Tibb bacısının kövrək statusunu olduğu kimi təqdim edirik:

“Ötən gün 26 yaşlı ayağı və qabırğaları qırılan, üzərindən barıt qoxusu gələn polis xəstəm mənə “həmşirə xanım, ağrım çoxdu, dayana bilmirəm, mən başqalarından daha çox qışqırıram, başqa xəstələri narahat edirəm” dedi.

O vəziyyətdə belə özünü yox, başqalarını düşünürdü.

Tez-tez həmkarlarının vəziyyətini, şəhid sayını soruşurdu, üsyan etmirdi, nə desək edirdi.

Sadəcə, o yox, həmin gün yaralanan danışa bilən bütün xəstələrim elə idi.

Çoxumuz ağlaya-ağlaya müalicə etdik onları…

Necə qıydınız onlara?! Vicdanınız buna necə yol verdi?!”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR