Hollivudun məşhur aktrisası 99 yaşında vəfat edib

Hollivudun “Ən göz qamaşdıran aktrisa”sı tituluna layiq görülmüş Zsa Zsa Gabor vəfat edib.

Qafqaznews.az Report-a istinadən məlumat verir ki, əslən macar olan aktrisa 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib.

Məlumata görə, 8 dəfə ailə həyatı quran aktrisa həyat tərzi ilə həmişə diqqət mərkəzində olub. Onun ilk həyat yoldaşı türk siyasətçisi olub.

Bir müddət Türkiyədə yaşayan aktrisanın 1991-ci ildə həyatı haqqında kitab yazılıb.

Tanınmış aktrisa kitabda Türkiyə dövlətinin yaradıcısı Mustafa Kamal Atatürkə aşiq olduğunu etiraf edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR