İsrailin baş naziri: “Trampla İranın nüvə məsələsi üzrə müqavilənin ləğv edilməsini razılaşdırmaq niyyətindəyəm”

dc610ead-f7e2-48ea-b78f-8bef158b85c6“ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla İranın nüvə məsələsi üzrə müqavilənin ləğv edilməsini razılaşdırmaq niyyətindəyəm”

“Report” xəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın CBS telekanalına müsahibəsində bildirib.

B.Netanyahu deyib ki, ABŞ-ın fəaliyyətdə olan prezidenti Barak Obama ilə onun arasında İranın atom–nüvə problemi üzrə razılaşmaya dair fikir ayrılığı var. Baş nazir hesab edir ki, razılaşma İranın atom silahı əldə etməsinə mane olmur.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın 2015-ci il iyulun 15-də “altılıq”la (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin və Rusiya) imzalanmış razılaşmanı pozmasına imkan verməyəcəklərini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR