Keçmiş arvadının sevgilisini öldürən şəxsin görüntüləri yayıldı – VİDEO

Tərtər rayonunda qətl törədərək qaçan şəxs saxlanılıb

ARB TV xəbər verir ki, Tərtər rayon Polis Şöbəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə apardığı axtarış tədbirləri nəticəsində 44 yaşlı Vüqar Hüseynov Bakıda tutularaq Tərtər rayonuna aparılıb.

Qeyd edək ki, Vüqar Hüseynov bu rayonda müvəqqəti yaşayan Kəlbəcər rayon sakini 35 yaşlı Qaraxan Tanrıverdiyevi bıçaqlayaraq qətlə yetirib. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Həbsdən yeni çıxan Vüqar Hüseynov keçmiş həyat yoldaşı Cəmilə Əhmədovanın Qaraxan Tanrıverdiyevlə qeyri-rəsmi nikahla yaşadığını eşidib. O, keçmiş həyat yoldaşının kirayə qaldığı evə gəldikdə Qaraxanla qarşılaşıb. Tərəflər arasında baş verən mübahisə zamanı, Vüqar Hüseynov Qaraxana iki bıçaq zərbəsi endirib.

Vüqar Hüseynovun Cəmilə Əhmədova ilə nigahından 2 övladı var. Onlar Tərtər rayon Polis Şöbəsində əvvəllər münaqişəli ailə kimi qeydiyyatda olublar.

Faktla bağlı araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR