“Kömək istədi, etdim. Günah məndədir” – 50 yaşlı qadın saxlanıldı – VİDEO

Paytaxt sakini 50 yaşlı Sultanxanım Tərhet qızı Əliyeva Solmaz adlı qadına qarşı dələduzluq etdiyi üçün Suraxanı Rayon Polis İdarəisnin əməliyyatçıları tərəfindən saxlanılıb.

ARB TVbər verir ki, saxlanılan Sultanxanım Əliyeva istintaqa ifadəsində Solmaz xanımdan təxminən 10 min manat dəyərində yataq dəsti götürdüyünü etiraf edib.

Tərəflər arasındakı razılığa əsasən Sultanxanım götürdüyü malların pulunu onları satdıqdan sonra qaytarmalı imiş. Lakin o, 4 ay ərzində Solmaz xanımdan götürdüyü malları satıb və ona pul verməyib. Zərərçəkən bir müddət gözləyib, pulunu ala bilmədiyində polisə müraciət etməli olub.

Sultanxanım Əliyeva – Saxlanılan şəxs: “Türkiyədən gələndə dedi ki, mal var. Dəsmal, pastel idi. Məndən kömək istədi. Dedim bəli, edərəm. Malı xırda–xırda götürdüm. Satmışam, səhlənkarlıq edib pulu verməmişəm. Günah məndə olub. O da gəlib heçnə demirdim, amma sonuncu dəfə mübahisəmiz oldu. Mənim ona ağır söz deməyə haqqımda yoxdu. Çünki günah məndədir”.

Saxlanılan Sultanxanım Əliyevanın oxşar cinayətlərdə iştirakı istisna edilmədiyindən polis onun anoloji cinayətlərdə iştarıkının olub olmamasını araşdırır.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR