Lerik və Yardımlı işıqsız qalıb

266923Dekabrın 14-də axşam saatlarından başlayaraq respublikanın cənub bölgəsinə qar yağır.

Qafqaznews Azərtac-a istinadən xəbər verir ki, dağlıq ərazidə yerləşən Lerik və Yardımlı rayonlarında qarın hündürlüyü 10-20 santimetr təşkil edir.

Kəskin hava şəraiti səbəbindən bölgənin bəzi yaşayış məntəqələrində əhaliyə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qarlı hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində isə hər hansı bir problem yoxdur.
Hazırda bölgədə qarlı hava şəraiti davam edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR