Lukaşenko və Kuçmanın bir-birinə Yeni il hədiyyələri – Xoruz və kitab

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın keçmiş prezidenti Leonid Kuçmaya oyuncaq xoruz hədiyyə edib.

Trend-in RİA Novostiyə istinadən məlumata görə, Ukraynanın eks-prezidenti isə öz növbəsində Lukaşenkoya italyan filosof və siyasi xadim Nikkolo Makiavellinin kitabını bağışlayıb.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, Lukaşenko və Kuçma bir neçə gün əvvəl Minskdə görüşmüş və görüş zamanı Ukraynadakı vəziyyət müzakirə olunmuşdu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR