“Məni vuranda görmədim” – Gəncədə “07” işıq dirəyinə çırpıldı – VİDEO – FOTO

Gəncədə avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb

ARB TV xəbər verir ki, Gəncədə 2 “VAZ 2107” toqquşub.

Hadisə Əli Nəzmi küçəsi ilə hərəkətdə olan 68 yaşlı İkram Məmmədovun sürücüsü olduğu avtomobilin Mirzə Abbas Abbaszadə küçəsinə çıarkən baş verib.

Bu zaman başqa bir “07” ilə toqquşan maşın ardından işıq dirəyinə çırpılıb. Yararsız hala düşən avtomobilin dəydiyi digər “VAZ”-ın sürücüsü isə hadisə yerindən uzaqlaşıb.

İkram Məmmədov – sürücü:
“Maşın məni vuranda görmədim. 2 maşın idi. Biri keçdi, ondan sonra mən keçəndə gəlib vurdu. O maşın hardadır bilmirəm”.


  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR