Maskalılar 84 yaşlı qadını bağlayaraq evi soydular – VİDEO – FOTO

samux-1Samuxda maskalı şəxslər evə basqın etdilər.

ARB Kəpəz xəbər verir ki, Samuxda 84 yaşlı qadın maskalı şəxslərin hucumuna məruz qalıb.

Hadisə Samux rayonunun Qarayeri qəsəbəsində Roza Əsgərovaya məxsus fərdi yaşayış evində baş verib. Quldurlar 84 yaşlı qadının evdə tək olduğunu düşünərək üzlərinə maska keçirib, əməliyyata başlayıblar. Hava qaraldıqdan sonra evə daxil olanların düşündükləri plana uyğun getməyib. Evdə ahıl qadınla yanaşı başqa bir qadının olması maskalı şəxslərin istəklərini müəyyən qədər pozub.

Maskalı şəxslər əvvəlcə Roza Əsgərovanın, daha sonra isə anasının evinə qonaq gələn Gəncə sakini Rəna Zeynalovanın əl-qolunu bağlayıblar. Daha sonra qadınları bıçaqla hədələyərək onlardan pul tələb ediblər. Evdə bir xeyli axtarış aparan çağırılmayan qonaqlar oradan ümumilikdə 100 manata yaxın nağd pul və 300 manat dəyərində qızıl sırğanı qənimət kimi əldə edə biliblər. Əldə etdikləri ilə kifayətlənməli olanlan bundan sonra evi tərk ediblər. Bir müddət əlləri-ağızları bağlı qalan qadınların köməyinə isə qonşular çatıb.

Hadisə ilə bağlı Samux rayon polis şöbəsinə məlumat verilib. Hələlik maskalı şəxslərin kimliyi müəyyən edilməyib. Polis bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirir.

samux-1 samux-2 samux-3 samux-4 samux-5 samux-6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR