Merkel Rusiya, İran və Əsədi Hələbdə cinayət törətməkdə ittiham edib

merklAlmaniya kansleri Angela Merkel Suriyanın Hələb şəhərində xəstəxanalara və mülki şəxslərə qarşı məqsədyönlü hücumlara görə Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi ittiham edib.

APA-nın “russian.rt.com”a istinadən yaydığı məlumata  görə, A. Merkel bunu Avropa İttifaqının Brüssel sammitində bildirib. O deyib ki, bu cinayətlər cəzalandırılmalıdır.

Sammitin sonunda Aİ liderləri Hələbin mülki əhalisini lazımi müdafiə ilə təmin etməyin vacibliyini vurğulayıblar. Onların qənaətinə görə, mülki əhali şəhəri bitərəf qurumların nəzarəti altında tərk etməli və humanitar dəhlizlər yaradılmalıdır.

Bununla belə, avropalı liderlər suriyalı qaçqınların üzv ölkələr arasında paylaşdırılmasına dair razılığa gələ bilməyiblər. Macarıstan, Polşa və Slovakiya qaçqınları qəbul etməyəcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR