Moskvaya “meydan oxuyan” Türkan Şoray – Unikal foto

108652Türkiyənin dünyaca məşhur aktrisası Türkan Şorayın bir fotoşəkili son günlər sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Belə ki, ünlü aktrisa Rusiyanın paytaxtı Moskvanın mərkəzində – Qızıl meydanda Türkiyə bayrağı açaraq poz verib.
Moderator.az-ın kiçik araşdırması zamanı böyük ilgi çəkən tarixi fotoşəkilin 1973-cü ildə çəkildiyi məlum olub. Belə ki, Türkan Şoray həmin ildə Moskvada keçirilən beynəlxalq film festivalında iştirak edib və “Ən yaxşı qadın aktrisa” adına layiq görülüb.
SSRİ-nin paytaxtı olan Moskvanın mərkəzində KQB-nin sərt nəzarəti altında Türk bayrağı açaraq şəkil çəkdirən Türkan Şorayın bu jesti həm də böyük cəsarət örnəyi kimi qiymətləndirilə bilər.
15451426_1355012531196075_829190423_n

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR