“Əmrahbank” susur… Palatada isə hələ fikirləşirlər? – TƏHLİL

 bankRüfət Quliyev: “Hüquq mühafizə orqanları “qara bazar” məsələsini araşdırsalar, yaxşı olar”

Əhalidən ən çox xarici valyuta alan və satan “Əmrahbank” bu gündən valyuta əməliyyatları üçün bütün kassalarını bağlayıb. Bankın nümayəndəsi valyuta alışının həyata keçirilmədiyini təsdiq edib, bunu “daxili qaydalarla izah etsə də, hansı qaydalardan söhbət getdiyini açıqlamayıb. Bankdan həmçinin bildiriblər ki, kassaların nə vaxt açılacağını bilmirlər. Qeyd edək ki, “Əmrahbank” valyuta ticarətində sadə vətəndaşların üz tutduğu əsas yerdir. Bankın xarici valyuta alış-satışında müəyyən etdiyi sərfəli məzənnə müştərilər üçün cəlbedici idi. Xatırladaq ki, əvvəllər bu rolu “Zaminbank” oynayırdı, o bağlandıqdan sonra “Əmrahbank” valyuta alış-satışında lider oldu (Turan).

Qafqaz Xəbər Agentliyi olaraq, xatırladaq ki, vətəndaşlar davamlı olaraq bir çox banklar tərəfindən valyuta mübadiləsinin dayandırılmasından şikayətlənirlər. Lakin buna baxmayaraq, “qara bazar”da hələ də valyuta satışının həyata keçirilməsi, bəzi hallarda 1 dolların 2 manata satılması barədə məlumatlar yayılmaqdadır.

Ölkəmizin maliyyə bazarında yaranan “maliyyə qıtlı”ğı deputatlarımızı da dilə gətirib. Hətta dekabrın 7-də millət vəkili Elmira Axundovanın parlamentdəki çıxışı mətbuat və sosial şəbəkələrdə ironiya ilə qarşılandı: “Günlərlə əlimizdə pul valyuta dəyişmək istəyirik, amma tapa bilmirik.elmira-axundova

“Qara bazar”da isə nə qədər istəyirsən tapa bilərsən. Ona görə də təklif edirəm ki. valyutadəyişmə məntəqələri bərpa edilsin. Ümumiyyətlə, başa düşə bilmirəm ki, valyutadəyişmə mənətəqləri niyə bağlandı?! Bununla həm peşəkar birjaçılar prosesdən kənarda qaldı, həm də işsizlik yarandı”.

Millət vəkili vurğulayıb ki, valyutadəyişmə mənətəqlərinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir: “Düşünürəm ki, hökumət vəziyyəti dəyərləndirib, düzgün qərar verməlidir, valyutadəyişmə məntəqələri bərpa olunmalıdır” (sherg.az).

Qafqaznews olaraq, istər “Əmrahbank”dakı vəziyyəti, istərsə də maliyyə bazarında yaranan (və ya yaradılan) valyuta qıtlığını şərh etmək üçün, Direktorlar Şurasının mütəxəssisi Jalə Ajennadjat ilə əlaqə saxladıq. Qeyd edək ki, J.Ajennadjata saytımızda “Azər-Türk Bank”la bağlı dərc olunmuş yazı ilə bağlı suallarımızı da ünvanlamış, yuxarıda qeyd etdiyimiz məqamları da şərh etməyi xahiş etmişdik.15415966_342113642828702_1577513323_n

Lakin Jalə Ajennadjat bizim sualımızı qeyd etdi və bizdən  “e-mail” vasitəsilə sorğu göndərməyi istədi. Onun arzusunu “çin” etsək də, hələ sualımıza cavab ala bilməmişik. İş gününün sonunda MBNP rəsmisi sorğumuza cavab verilməsinin bir neçə gün vaxt alacağını bildirdi. Çox güman ki, Palatada hələ fikirləşirlər… Lakin bizə də maraqlıdır ki, Palata rəhbərliyi bu vəziyyəti necə qiymətləndirir və hansı tədbirlər görməyi düşünür?

Mövzu ilə bağlı Qafqaznews-a danışan millət vəkili, iqtisadçı alim Rüfət Quliyev isə Maliyyə Bazarlarına Nəzarət Palatasını qınamağı məsləhət görmür. “Bu qurum hələ təzədir, rəhbərliyi əlindən gələni edir… Bankların özündən çox şey asılıdır. Açığı, mən Azərbaycandakı bankların nə istədiyindən baş aça bilmirəm.

İlk növbədə, 1,3 milyard manatı keçən problemli kreditlər məsələsini həll etməli, vətəndaşlarla “hallaşmaq” barədə düşünməlidirlər. Bir neçə bank rəhbərliyi toplaşaraq, ortaq bir strategiya düşünməlidir. Eyni zamanda, vətəndaşlara qarşı sərt addımlar, məhkəmə iddiaları ilə deyil, güzəştə və kompromi41sə köklənən tədbirlərə ehtiyac var”, – deyə R.Quliyev vurğulayıb.

O, valyuta qıtlığının süni yaradıldığı barədə fikirləri dəstəklədiyini də ifadə edib: “Ölkədə valyuta qıtlığı yoxdur. Tez-tez hərrac keçirilir, banklara valyuta satılır. Lakin maraqlıdır ki, hansısa yolla bu valyutalar “qara bazar”a yol tapır. Əgər banklarda dollar yoxdursa, “qara bazar”a bu dollarları kim və necə çıxarır?

Kimsə bu məsələyə aydınlıq gətirməlidir. Ya Mərkəzi Bank, ya da hüquq mühafizə orqanları “qara bazar” məsələsini araşdırsalar, yaxşı olar. Çünki cəmiyyətdə xeyli şübhələr yaranır”.

Rüfət Əhmədzadə

Qafqaznews

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR