Nyu-Yorkun sabiq meri ABŞ-ın yeni administrasiyasında işləməkdən imtina edib

c1d5c44f-973c-4597-b813-4c4bca5955ca_292Nyu-Yorkun sabiq meri və Donald Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olan Rudolf Culiani ABŞ-ın gələcək administrasiyasında işləməkdən imtina edib.

“Report” xəbər verir ki, bu barədə yeni seçilmiş prezidentin keçid komandasına istinadən “İnterfax” məlumat yayıb.

“Donald Tramp bildirib ki, noyabrın 29-da Nyu-Yorkun sabiq meri Rudi Culiani ilə görüş zamanı o, yeni administrasiyada mövqe tutmaqla bağlı namizədliyini geri götürüb”, – deyə məlumatda bildirilir.

Tramp qeyd edib ki, sabiq mer “inanılmaz dərəcədə istedadlıdır və bir amerikalı vətənpərvərdir”.

Keçid komandası, həmçinin xəbər verir ki, Nyu-Yorkun sabiq meri özəl sektorda fəaliyyət göstərəcək.

Rudi Culiani görüşdə bildirib ki, özəl sektorda işləsə də, ABŞ-ın yeni seçilmiş prezidentinə köməklik göstərəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR