Pan Gi Mun BMT-nin Nyu-Yorkdakı qərargahını tərk etdi

BMT-nin baş katibi Pan Gi Mun səlahiyyətlərinin bitməsinə bir gün qalmış təşkilatın Nyu-Yorkdakı qərargahını tərk edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, təşkilatın sayca 8-ci baş katibi 2007-ci ildən çiyin-çiyinə işlədiyi əməkdaşları ilə vidalaşıb.

O qeyd edib: “Son 10 il ərzində minlərlə nitq söyləmişəm. Amma hələ də çox şey söyləmək istəyirəm. İndi mənim ağlımda yalnız iki söz var: Sağ olun. Mən sizi həmkar adlandırıb bununla qürur duyduğum kimi, siz də qürur duymalısınız”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR