Pan Gi Mun Koreya prezidentliyinə namizədliyini verə bilər

BMT-nin baş katibi Pan Gi Mun Koreya Respublikası prezidentliyinə namizədliyini vermək niyyətində olduğuna işarə edib.

Trend-in “Yonhap” agentliyinə istinadən verdiyi məlumata görə, baş katib koreyalı jurnalistlərlə görüşündə deyib: “Əgər mənə Koreya Respublikasını irəli aparmağa kömək etsələr, özümü tamamilə buna həsr edə bilərəm”.

Lakin o, birmənalı şəkildə namizədliyini irəli sürüb-sürməyəcəyini bildirməyib.

Qeyd edək ki, P.G.Munun BMT-nin baş katibi kimi səlahiyyətləri bu ilin sonunda başa çatır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR