Pentaqon:”“Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri məhv edilib”

1481352672_12015-ci ildə “Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri Bubaker əl-Həkim Suriyada məhv edilib.

Bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.

“Charlie Hebdo” nəşrinə hücum hazırlayan İŞİD lideri Suriyanın Rakka şəhərində, ABŞ Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində məhv edilib. 33 yaşlı Bubaker əl-Həkim İŞİD terror təşkilatında terror aktlarının planlaşdırılması ilə məşğul olub. Tunis əsilli Fransa vətəndaşı olan Bubaker əl-Həkim Charlie Hebdo” nəşrinə hücum edən Kuaşi qardaşlarına rəhbərlik edib”, Pentaqonun rəsmi nümayəndəsi qeyd edib. (APA)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR