Bu nəticə “İctimai rəy” (FOM) fondunun keçirdiyi sosial sorğuda öz əksini tapıb.
Belə ki, sorğuda “Rusiyalı siyasətçi və ictimai xadimlərdən kimi “İlin siyasətçisi” adlandırmaq olar?” sualı qoyulub.
Respondentlərin 43%-i V. Putini, 9%-i XİN rəhbəri Sergey Lavrovu, 7%-i Liberal-Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovskini, 5%-i isə müdafiə naziri Sergey Şoyqunu dəstəkləyib.
Vətəndaşların 36%-i isə cavab verməkdə çətinlik çəkib.
“İlin ən önəmli hadisəsi” sorğusunda isə vətəndaşların 29%-i ABŞ-da keçirilən seçkilər və Donald Trampın qələbəsini, 18%-i Suriyadakı hadisələri qeyd edib. 42% iştirakçılar isə suala cavab verə bilməyiblər.
Qeyd edək ki, FOM sorğunu 3-4 dekabr tarixlərində Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində 1500 insan arasında aparıb.(Qafqazinfo)