Putin Karlovu ölümündən sonra “Rusiya qəhrəmanı” adı ilə təltif etdi

Rusiyanın prezidenti Vladimir Putin Türkiyədə öldürülən səfir Andrey Karlovu ölümündən sonra “Rusiya qəhrəmanı” adı ilə təltif edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın Türkiyədəki səlahiyyətli və fövqəladə səfiri vəzifəsində göstərdiyi şücaətə, Rusiyanın xarici siyasətinin həyata keçirilməsinə verdiyi əməyinə görə Andrey Karlov Gennadiyeviçə (ölümündən sonra) Rusiya Federasiyasının qəhrəmanı adı verilsin”, – dövlət başçısının imzaladığı fərmanda deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR