Putin mətbuat katibini vacib tədbir vaxtı yatdığına görə tənbeh edib

Rusiyanın NTV telekanalındakı proqramlardan birində iştirak etmiş Kremlin mətbuat katibi Dmitri Peskov maraqlı açıqlamalar verib.

Virtualaz.org xəbər verir ki, Peskov bu yaxınlarda Vladimir Putinin onu vacib tədbirin gedişində yatdığı üçün tənbeh etdiyini bildirib.

“Bir dəfə prezidentin Federal Məclisə müraciəti vaxtı operator kameranı mənə tuşlayıb, mənim də həmin an gözlərim qapalı olub. Bu görüntü canlı yayıma düşüb. Bundan sonra prezident Putin mənə zəng etdi: “Dmitri Sergeyeviç, çıxışın həmin o hissəsi, sizcə, necə alındı, necə səsləndi?” Mən də cavab verirəm: “Əla, cənab prezident, məncə həmin ifadələr məqsədinə çatdı, auditoriyaya yetişdi”. Bir qədər fasilədən sonra dəstəkdən səs eşidildi: “Bunu siz hardan bilirsiniz, Dmitri Sergeyeviç?” Mən əsəni halda nəsə deməyə çalışdığım vaxt Putin əlavə etdi: “Axı siz bütün tədbiri yatırdınız”, – Dmitri Peskov etiraf edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR