“Qəbələ” hesabı açdı, “Zirə” “Neftçi”yə qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 oyundan sonra yarımfinalçıların adları bəlli olacaq.

Maraqlıdı ki, bu matçlardan sonra Azərbaycanda futbol ilinə yekun vurulacaq.

2016-cı ilin son oyunlarına Gəncədə start veriləcək. Səfərdə 2 cavabsız qol buraxan “Kəpəz” doğma azarkeşləri önündə “İnter”dən revanş almağa çalışacaq. Mövsümü titulla başa vurmağı hədəfləyən “bankirlər” 17 ildir yarımfinala həsrət qalan qərblilərin bu intizarını bir az da uzatmağı hədəfləyirlər.

Günün ikinci qarşılaşması isə formal xarakterlidir. “Qarabağ” 6:0-ın cavab oyunu üçün Sumqayıtda yerli komanda ilə üz-üzə gələcək. Ağdamlılar üçün bu oyunu asan gəzinti, “kimyaçılar” üçün isə təsəlli şansı kimi dəyərləndirmək olar.

İntriqanın daha çox olduğu qarşılaşma “AZAL Arena”da keçiriləcək. İlk oyunun hesabına görə AZAL “Qəbələ” ilə dueldə şanssız deyil. Paytaxt təmsilçisinə yarımfinala vəsiqə üçün 1 qol da kifayətdi. Çünki səfərdə vurulan qol “təyyarəçilər”in lehinə işləyə bilər. Amma Qəbələdəki oyunun axarı, həmçinin komandalar arasında ciddi səviyyə fərqi qonaqları səfər matçının da favoritinə çevirir.

İlin son qarşılaşması da Bakıda keçiriləcək. 1/4 finalın yeganə paytaxt derbisini də formal hesab etmək olar. Rəqib meydanında 3 cavabsız qol vuran “ağ-qaralar”ın bu üstünlüyü əldən verməsi inandırıcı deyil. Düzdü, “Neftçi” tarixinin ən ağır genlərini yaşayır. Lakin o qədər də inamlı görünməyən zirəlilərin bu durumda 3 topun əvəzini çıxmaq iqtidarında olması da şübhə doğurur.

Azərbaycan kuboku

1/4 final, cavab qarşılaşmaları

21 dekabr (çərşənbə)
AZAL – “Qəbələ” – 0:1

Qol: Asif Məmmədov, 53

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəvan Həmzəzadə, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov

İlk oyun – 1:2
“AZAL Arena” (“CBC Sport”, canlı)

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 10. Nuqzar Kvirtiya, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Ürfan Abbasov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 14. Cavid Hüseynov, 19. Filip Ozobiç, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 80. Bəhlul Mustafazadə, 90 Ramil Hasanov
Baş məşqçi: Roman Qriqorçuk

 

 

“Neftçi” – “Zirə” – 0:0
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev

İlk oyun – 3:0
8-ci km qəsəbə stadionu

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 23. Tərzin Cahangirov

Ehtiyat oyunçular: 53. Maksim Vaylo. 13. Murad Ağayev, 7. Araz Abdullayev, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov

Baş məşqçi: Elxan Abdullayev

 

“Zirə”: 85. Kamal Bayramov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 28. Təmkin Xəlilzadə, 18. Tural Cəlilov, 8. Milan Duriç, 6. Vüqar Mustafayev, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov, 7. Gerhard Proqni, 20. Sezar Meza Kolli

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 13. Aleksandr Şemonayev, 92. Cavid Tağıyev, 55. Cəmil Hacıyev, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov

Baş məşqçi: Adil Şükürov

 

“Kəpəz” – “İnter” – 0:0
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov

İlk oyun – 0:2
Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov (k),
23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 77. Serjio Kosta, 80. Tural Rzayev, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 17. Nicat Qurbanov, 7. Vüqar Bəybalayev, 18. Tural Axundov, 10. Dario Frederiko Junior, 9. Tural Qürbətov, 16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev

“İnter”: 1. Səlahət Ağayev (k), 33. Tərlan Quliyev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 55. Ağabala Ramazanov, 6. Samir Zərgərov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 17. Abbas Hüseynov, 2. Sərtan Taşkın, 19. Mirhüseyn Seyidov
Baş məşqçi: Zaur Svanadze

“Sumqayıt” – “Qarabağ” – 2:5

Qollar: Amil Yunanov, 14, 80 – Namiq Ələsgərov, 8, 16, 82, Vüqar Nadirov, 70; Rahid Əmirquliyev, 90

Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Cavanşir Yusifov, Rövşən Rəcəbov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Füzuli Nəcəfov

İlk oyun – 0:6
Sumqayıt şəhər stadionu

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Rail Məlikov (k), 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 38. Ülvi Süleymanov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov
Məşqçi: Seymur Rəhimov

“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 64. Emil Balayev, 16. İbrahim Aslanlı, 23. Elgün Uluxanov, 29. Şahin Əliyev, 34. Salman Cəfərov, 71. Vüqar Nadirov, 88. Elçin Rəhimli
Baş məşqçi: Qurban Qurbanov

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR