“Qara bazar”da dollar bahalaşıb

2418702_rBakıdakı “qara bazar”larda dolların bahalaşması davam edib.

Qafqaznews xəbər verir ki, “Marja”nın əldə etdiyi məlumata görə, “Neftçilər”, “Xalqlar Dostluğu” və “Nərimanov” metro stansiyaları yaxınlığında fəaliyyət göstərən alverçilər bu gün dolları 1,8350 manata alıb, 1,85 manata satırlar.

Bunu da qeyd edək ki, öz müştərilərinə dolları 1,83 manata satan alverçilər də var. Onlar dolları 1,81 manatdan qəbul edirlər.

Məlumata görə, artıq bir neçə qanunsuz satış nöqtəsi bağlanıb, bir sıra satış yerləri isə əllərində dolların olmadığını bildirirlər.

Qeyd edək ki, dünən axşam “qara bazar”da dolları 1,84 -1,8450 manata almaq olurdu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR