Qızıl qiymətdən düşəcək – PROQNOZ

qizil-kulche3-28-04-2014Dünya bazarında yaxın perspektivdə qızılın kəskin ucuzlaşması gözlənilir. Analitiklər bildirir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) qarşıdakı iki gündə, dekabrın 13-14-də keçirəcəyi iclasda uçot dərəcəsinin artırılacağına maliyyə bazarları tam əmindir. 

Bununla yanaşı,  FES-in ümumiyyətlə uçot dərəcəsini 2017-ci ildə daha sürətlə artıracağı gözlənilir. Nəticədə, qızıla tələbatın azalması, ABŞ dövlət qiymətli kağızlarına marağın artması qaçılmazdır. Bundan başqa, dünyanın iki əsas qızıl istehlakçısı olan Çin və Hindistanda qızılın alışı və saxlanılmasına qoyulan məhdudiyyətlər bu dəyərli metalın qiymətinin düşməsinə səbəb olacaq. 

Qısa müddət ərzində qızılın 1 000-1 050 dollar/unsiya, 2018-2020-ci illərdə isə 700 dollar/usiyaya qədər ucuzlaşcağı proqnozlaşdırılır.

Mənbə: Report

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR