“Questnet LTD” şirkətinin əməkdaşı məhkəmə zalında həbs edilib

172772_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki qadın 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki qadın məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, “Questnet LTD” şirkətinin əməkdaşları olan – X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR