Ərdoğan 2016-cı ilin üç ən yaxşı fotosunu seçdi

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan hər zaman olduğu kimi bu dəfə dekabr ayında yola saldığımız ilin üç ən yaxşı fotosuna səs verib.
Moderator.az türk media orqanlarına istinadən xəbər verir ki, prezident Anadolu Agentliyinin təşkil etdiyi səsvermədə üç nominasiyada-informasiya, sosial həyat və idman-özünün favorit fotolarına səs verib.
Qeyd edək ki, müsabiqə Anadolu Agentliyi tərəfindən hər ilin yekununda təşkil edilir. Burada il boyu baş verən hadisələri əks etdirən fotolar üç nominasiyada dəyərləndirilir.
Dövlət başçısının səs verdiyi fotolar aşağıdakılardı:
Xəbər nominassiyası-Ərdoğan fotoqraf  Kayhan Özərin mitinqdən çəkdiyi “Demokratiya və şəhidlər” adlı  fotosuna səs verib:
 
Həyat kateqoriyası – Fotoqraf Cem Gənconun çəkdiyi  Suriyada hərbi təyyarənin atdığı bpmba nəticəsində iki ayağını, bir əlini, görmə və eşitmə qabiliyyətini itirən 27 yaşlı ataya sığınan kiçik qlz uşağı… O, atasının müalicə ediləcəyini eşidəndən sonra onu qucaqlayır…
İdman-Ərdoğan bu kateqoriyada “Beşiktaş”ın çempionluğunu təmin etdikdən sonra heyətin sevincini əks etdirən fotoya səs verib. Bülənt dorukun çəkdiyi foto “Şenil Günəş” adlanır:

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR