Reket-jurnalist Qafqaz Xəbər Agentliyini 102 ilə hədələyir

15209158_334967106876689_754848740_nİpək Kəlbəcərli ondan münasibət almağa çalışan Qafqaznews.az əməkdaşını “şantaj”da ittiham etdi

Noyabrın 24-də “Jurnalistlər gəlinimi aldadıb pul və qızıllarımı mənimsədilər” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, bu ilin avqust ayında Lənkəranda dələduzluq yolu ilə vətəndaşların pulunu və əmlakını mənimsəyən qrup üzvləri ifşa olunub. Həmin məlumata görə, biri qadın olmaqla üç nəfərdən ibarət dəstə üzvləri vətəndaşların polis şöbəsinə edilən şikayətləri nəticəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (LŞRPŞ) əməkdaşları tərəfindən saxlanılıb. Lənkəran polisi vətəndaşları aldadaraq müxtəlif adlar altında pul alan dəstə ilə bağlı tədbir keçirib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qru1470032923p üzvlərinin hərəkət etdiyi “Azsamand” markalı avtomobil aşkar edilərək saxlanıldıqdan sonra, daha maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, avtomobili Şirvan şəhərində qeydiyyatda olan, 1978-ci il təvəllüdlü Yəhyayev Fariz Fazil oğlu idarə edib. O, özünü “Xəbərfakt” informasiya portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi təqdim edib. Kəlbəcər şəhərində qeydiyyatda olan, Xırdalan şəhərində müvəqqəti məskunlaşmış, 1975-ci il təvəllüdlü Məmmədova İpək Yunus qızı özünü “Xəbərfakt” portalının və “Presedent” ictimai-siyasi hüquq qəzetinin redaktoru, Hacıqabul şəhərində qeydiyyatda olan, 1993-cü il təvəllüdlü Məmmədov İlkin Habil oğlu isə özünü həmən portalın xüsusi müxbiri kimi təqdim ediblər. Araşdırmalar nəticəsində məlum olub 15211756_335008453539221_586090806_nki, İlkin Məmmədov müxtəlif vaxtlarda sakinlərdən informasiyalar toplayaraq dəstə üzvlərinə çatdırıb.

Əsasən baxıcılıqla məşğul olan şəxsləri ifşa edəcəkləri ilə hədələyərək onların müxtəlif məbləğlərdə pul və digər əmlaklarını mənimsəyiblər. Bundan başqa onlara məxsus əşyaların içərisində digər qonşu rayonların sakinlərinə aid müxtəlif arayışlar və sənədlər də aşkar edilərək maddi sübut kimi götürülüb. Aydın olub ki, dəstə üzvləri vətəndaşların etibarından istifadə edərək aztəminatlı ailələrin sosial yardım almaları üçün köməklik göstərəcəklərinə vədlər veriblər (report.az).0fdbc549-3f89-4516-a020-025308c484f6

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Lənkəran rayonu Göyşaban kənd sakini Rəsmiyyə Xosrov qızı Rüstəmova bildirdi ki, onun özü də “İpək Kəlbəcərli” kimi tanınan İpək Məmmədova və “Fariz Faziloğlu” kimi tanınan Fariz Yəhyayev tərəfindən aldadılıb. R.Rüstəmovanın sözlərinə görə, bu dəstənin Elşad adlı başqa bir üzvü də var ki, həmin Elşad adlı şəxs dəfələrlə ona zəng edərək hədələyib və özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib.

15216263_335008436872556_1308798231_o“Ötən il İpək Kəlbəcərli və Fariz Faziloğlu bizim kəndə gələrək, mənə dedilər ki, ağır seyid olduğumu eşidiblər və “Şəfa ocağı” adlı diplom vermək, videorepotaj hazırlamaq istəyirlər. Bunun üçün, məndən iki min manat aldılar. Diplomu verdilər, 6 ay sonra isə İpək mənim gəlinim Mələkxanıma zəng edib dedi ki, bizə 6 yüz manat lazımdır.

O vaxt mənim rəhmətlik həyat yoldaşım xəstə idi, mən onun müalicəsi ilə məşğul idim. Avqustun 20-də səhər saat 7-də yoldaşımın müalicəsi məqsədilə İran İslam Respublikasına yola düşəcəkdik. Mən səhər pullar və qiymətli əşyalar olan yerə baxdıqda gördüm ki, 6500 manat pul və bütün ailəmizin 25-30 min manat dəyərində qır-qızılı və brilliant daşlı bəzək əşyaları oğurlanıb. Pəncərə də açıq idi. Hamı ayağa qalxdı, məlum oldu ki, gəlinim Mələkxanım üç yaşlı qızını da götürüb evdən qaçıb. Telefon zənglərinə baxdıqda öyrəndik ki, Mələkxanım sonuncu dəfə Fariz Faziloğlu ilə danışıb. Sonradan öyrəndim ki, onlar 6 ay boyunca münasibətdə olublar. Qeyd edim ki, Mələkxanım ruhi xəstədir və ona şizofreniya paranoid diaqnozu qoyulub. İpək və Fariz gəlinimin avamlığından istifadə edərək, onu qaçırd1-1-2ıblar. 10 gün sonra nəvəmi qaytarsalar da, nə gəlin qayıtdı, nə də qızılları qaytardı. Qeyd edim ki, digər oğlum İgir öz həyat yoldaşı ilə birlikdə gedərək, nəvəmi İpəyin evindən gətirib. İpək və Fariz bu işin arxasında durduqlarını etiraf etməsələr də, azyaşlı nəvəmin danışıqlarından öyrəndim ki, bu günlərdə İpək və Fariz onların yanında olub, həm də Fariz və Mələkxanım arasında çox yaxın münasibət olub.

0fdbc549-3f89-4516-a020-025308c484f6Sonra Elşad adlı şəxs də dəfələrlə zəng edərək, məni hədələdi və şikayət edəcəyim halda öldürməklə hədqizilələdi. Hüquq mühafizə orqanlarına şikayət eləsəm də, bu şəxsləri kimlərsə himayə edir və hətta Liman şəhər PB-də verdiyim şikayətə mülki iş adı veriblər. Onlar bu yaxında həbs olundular…

Müxtəlif rayonlardan qırxa yaxın zərərçəkmiş olduğu halda, Fariz və İpək hələ də azadlıqda gəzirlər.

Mələkxanım Cəmaləddin qızı Həmzəyevanın isə harda olduğu bilinmir. Hazırda Astara Rayon Məhkəməsində iddia qaldırıb və uşağı bizdən almaq istəyir. O cür əməllərdən çıxan, rəsmən ruhi xəstə kimi qeydiyyatda olan bir qadına dörd yaşlı uşağı etibar edə bilmərəm. Ailəmizdən oğurladığı qızıllardan və pullardan isə hələ də xəbər yoxdur. Əminəm ki, İpək və Fariz gəlinimin avamlığından istifadə edərək, pulları və qızılları mənimsəyiblər”, – deyə Rəsmiyyə Rüstəmova bildirdi.

diplomHüquq müdafiəçisi Zümrüd Məmmədova isə Qafqaznews.az-a bildirdi ki, İpək Məmmədova onunla telefon danışığında guya Mələkxanımın öz istəyi ilə evdən qaçdığını, vizit kartı vasitəsilə onu taparaq bir həftə sonra evinə gəldiyini deyib. “İpək Məmmədova mənə dedi ki, guya onun oğlu əsəbiləşərək Mələkxanımı evdən qovub, indi onun harda olduğunu bilmirlər. Hətta İpək Məmmədova hazırda Mələkxanımın hardasa yüngüləxlaqlı işlərlə məşğul olduğunu dedi. Biz bu məsələni qabartmaq istədikdə, hüquq mühafizə orqanlarında bəzi şəxslər problemə elə don geydirmək istəyirlər ki, guya Rəsmiyyə Rüstəmova gəlinindən qızı almaq üçün şər-böhtana əl atır. Ortada bu qədər fakt olduğu halda, hələ də məsələyə dırnaqarası yanaşılır”, – deyə Z.Məmmədova qeyd etdi.

Noyabrın 30-da Lənkəran RPŞ-nin müstəntiqi Bəyəmir Cahangirov bildirdi ki, İpək Məmmədova və digərləri barəsində qətimkan tədbiri seçilib və onlar azadlıqda olsalar da, polis nəzarətindədirlər.15151220_335008416872558_729039027_n

“Hələ istintaq yekunlaşmayıb. Onların barəsində başqa rayonlarda dələduzluqla bağlı çox sayda iş açılıb, hamısını toplayandan sonra, iş məhkəməyə göndəriləcək”, – deyə B.Cahangirov bildirdi. O qeyd etdi ki, Mələkxanım Həmzəyevanın da ifadəsi alınıb: “Biz Rəsmiyyə Rüstəmovanı zərərçəkmiş kimi tanımışıq. Nümayəndəsinə gərəkli məlumatları ala bilər”.

Lakin təəssüf ki, M.Həmzəyevanın da şübhəli şəxs qismində tanının-tanınmadığını müstəntiqdən öyrənə bilmədik. R.Rüstəmovanın nümayəndəsi isə bildirdi ki, o, Lənkəran RPŞ-dən məlumat almaqda çətinlik çəkir: “Mən köhnə qərarı da ordan min bir əziyyətlə almışam. Müstəntiq bizim suallarımıza aydın cavab vermir. Deyirlər ki, o adamları prokuror buraxdırıb. Prokurorun nə marağı var, niyə buraxıb onları?

q-z-lDigər tərəfdən, Rəsmiyyə Rüstəmovanın qızılllarının oğurlanmasında Mələkxanım Həmzəyevanın əməlləri ilə bağlı ciddi araşdırma aparılmalıdır. Əgər cinayətkardırsa, məsuliyyətə cəlb olunsun. Ruhi xəstədirsə, müalicəyə göndərilsin”.15209158_334967106876689_754848740_n

Biz nəhayət ki, dekabrın 1-də İpək Məmmədova ilə də danışa bildik. Əvvəlcə, telefona “onun yoldaşı” olduğunu deyən və özünü təqdim etməyən bir kişi cavab verdi və “Siz kimsiniz, marağınız nədir” deyə əməkdaşımızla mübahisə etməyə başladı. Ondan sonra isə dəstəyə cavab verən İpək Kəlbəcərli (Məmmədova) Qafqaznews.az-ın jurnalistinə “Mən sizin kollegiyanızam” dedi (çox güman, “kolleqa” demək istəyirdi – red). “İpək xanım, biz Rəsmiyyə Rüstəmovanın dedikləriylə bağlı sizin münasibətinizi almaq istəyirik”, – deyə qeyd etdik.

“Lənkəranda istintaq gedir, bu işə məhkəmədə baxılacaq. Siz məndən nə istəyirsiniz? Mən bu dəqiqə 102-yə zəng edib deyəcəm ki, Qafqaz Xəbər Agentliyi məni şantaj edir”, – deyə İ.Məmmədova dəstəyi özünün “yoldaş”ına verdi. Daha sonra uzun-uzadı mübahisə haqqında yazaraq, oxucuları yormaq istəmirik.

Sözardı: Yazı sayta gedərkən, bizə özünü İpək Kəlbəcərlinin yaxını İlkin kimi təqdim edən bir şəxs zəng etdi və əməkaşımıza “Gəl görüşək, sənə başa salım hər şeyi” deyə təhdid etdi. Daha sonra isə dəstəyi alan, özünü “Xəbərfakt” İnformasiya Agentliyinin rəhbəri Fariz Faziloğlu kimi təqdim edən bir şəxs “hansı maraqla” bu məsələni araşdırdığımızı, kim olduğumuzu soruşdu. Biz isə mübahisə etmək istəmədik və “Rəsmiyyə Rüstəmova sizin ona pulla diplom satdığınızı, gəliniylə əlbir olub qızılları oğurladığınızı deyir… Düz deyir, ya yox?” sualını verdik. Fariz Faziloğlu “Yox, düz demir” deyərək, bizimlə sağollaşdı.

Araşdırma davam edir…

Rüfət Əhmədzadə

Qafqaznews.az

Mövzu ilə bağlı link:
http://qafqaznews.az/2016/11/jurnalistl-r-g-linimi-aldadib-pul-v-qizillarimi-m-nims-dil-r-sikay-t-fotolar/
1
2 3 4 5 6 7 8 9 diplom qizil pr 1-1

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR