Ruhani: Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevanda İran prezidenti Həsən Ruhani bildirib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”, – Ruhani bəyan edib.

O qeyd edib ki, İran üçün həm Azərbaycan, həm də Ermənistan dost ölkədir.

Dekabrın 21-də İran prezidenti Ermənistana rəsmi səfərə gəlib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR