Rumıniyanın Sosial-Demokrat Partiyası parlament seçkilərində qalib gəlib

29e12a78-3533-4255-8250-ac3d7ecd1416_292Bakı vaxtı ilə saat 23-də Rumıniyada keçirilən parlament seçkiləri başa çatıb

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın nüfuzlu “Avangarde” sosial araşdırma agentliyi keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.

Nəticələrə görə, Sosial-Demokrat Partiyası (PSD) 45,5 faiz səs toplayaraq parlament seçkilərinin qalibi olub. Milli Liberal Partiyası (PNL) 21,7 faiz, Rumıniyanı Qoru Birliyi (USR) isə 8,5 faiz səs toplaya bilib.

Rumıniyada Senat və Deputatlar Palatasına keçirilən seçkilərdə 6 min 500 namizəd 466 mandat uğrunda mübarizə aparıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR