Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarə qəzaya uğrayıb, 30 nəfər ölüb

Rusiya Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 30 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfax”a hüquq-mühafizə orqanlarından bildirilib. Təyyarənin göyərtəsində cəmi 36 nəfər olub.

***

09.36

Rusiyanın Yakutiya vilayətində təyyarə qəzaya uğrayıb. APA-nın “Ria-Novosti”-yə istinadən yaydığı məlumata görə, vilayətin Tiksi yaşayış məntəqəsi yaxınlığında “İL-18 markalı təyyarə yerə düşərək 3 hissəyə ayrılıb. Göyərtəsində 7-si ekipaj üzvü, 32 sərnişin olan təyyarə Müdafiə Nazirliyinə məxsusdur. Rusiya FHN və Milli Aviasiyanın 3 helikopteri hadisə yerinə cəlb olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR