Rusiyalı ekstremal Oleq Kriket Kanadada həbs olundu – VİDEO

6rxfeaRusiyalı ekstremal Oleq Kriket Kanadanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilib

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılmış videoçarx olub. Videoçarxda o, Toronto şəhərinin ən yüksək göydələnlərindən birinin zirvəsində ağlasığmaz hərəkətlər edir.

“CTV News”un məlumatına görə, Kriketə və onun operatoruna qarşı başqasının əmlakına qanunsuz daxilolma və davranış normalarına uyğun olmayan hərəkətlər etməkdə ittiham irəli sürülüb.

Qeyd etmək lazımdır ki, Oleq Kriket artıq bir neçə ildir ki, rufinqlə məşğuldur və Rusiya, Almaniya, Fransa və BƏƏ-də, eləcə də bir sıra digər ölkələrdə 50-dən çox göydələni “fəth edib”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR