Ərzaq qiymətlərində növbəti bahalaşma dalğası başlanır?

bezy-myanny-j-copyQaz və işıq tariflərinin qalxması istehsal xərclərinin də artmasına səbəb olacaq…

Tarif Şurasının qaz və işıq tarifləriylə bağlı son qərarından sonra, cəmiyyətdə növbəti bahalaşma dalğası ilə bağlı həyəcanlar yaşanmaqdadır. Buna isə ən çox ərzaq bazarındakı bir sıra manipulyasiyalar və sahibkarların möhtəkirlik cəhdləri səbəb olur. Belə ki, artıq Bakı və şəhərətrafı qəsəbələrdə yerləşən bir sıra supermarketlər vətəndaşlara bir kiloqramdan artıq un almağa “icazə” vermirlər.img2159484

Eləcə də, artıq əhali arasında qənd, yağ və çay kimi ərzaq məhsullarının tezliklə bahalaşacağı barədə şayiələr gəzməkdədir. Bu mövzuda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin münasibətini öyrənməyə çalışdıq, lakin cəhdlərimiz nəticəsiz qaldı.

Millət vəkili, iqtisadçı alim Rüfət Quliyev isə Qafqaznews.az-a bildirdi ki, ticarət obyektlərində möhtəkirlik edilməsi yolverilməzdir. “Bəzi supermarketlərin hansısa məhsulu məhdud miqdarda satması düz deyil. Malı satışa çıxarmısansa, vətəndaşa şərt qoya bilməzsən. Digər tərəfdən süni bahalaşmaya qətiyyən yol vermək olmaz. Bu və digər hallar qanunla qadağandır. Lakin yanvardan sonra nə olacaq, gözləmək lazımdır”, – deyə deputat qeyd edib.1406806995

Onun sözlərinə görə, yerli məhsulların qiymətlərində elə böyük fərq olmamalıdır: “Lakin ola bilər ki, bəzi müəssisələrdə istehsal xərclərinin artmasına görə, müəyyən qədər bahalaşma müşahidə olunsun”.

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov da hesab edir ki, artıq bahalaşma dalğasının gəlişi hiss olunur. “Tarif Şurasının məlum qərarından sonra, ərzaq qiymətlərində də bahalaşma qaçılmazdır.

Təbii ki, bəzi monopolist-oliqarxlar bundan daha çox faydalanmağa çalışacaqlar, qiymətləri daha çox qaldıracaqlar. Lakin qaz və elektrik enerjisinin tariflərindəki bahalaşma istehsal xərclərinin də artmasına səbəb olur.

Məmurların apardığı yalnış siyasətin cəriməsini yenə də sadə vətəndaşlar, istehlakçılar ödəyəcəklər”, – deyə E.Hüseynov vurğuladı.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR