Şəkidə sakinlər “qaz yanmır” deyir, – “Azəriqaz” isə…

İki gündür Şəki şəhərində təbii qaz verilişi dayandırılıb. Bu barədə “Bizim Yol”a Şəki rayon sakini bildirib.

“Sakinlər evdə, məktəblilər məktəbdə, işləyənlər müəssisələrdə soyuqdan otura bilmirlər. Problemlə bağlı Şəki Qaz İstismar Sahəsinə edilən müraciətlərə isə dəqiq cavab verilmir. Problemi ictimailəşdirməklə təbii qazın verilişinin bərpa olunacağına ümid edirik”,-deyə o sozlərinə əlavə edib.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayev “Bizim Yol”a bildirib ki, Şəki şəhərində qaz təchizatına məhdudiyyətlər qoyulmayıb: “Hər hansı ünvanda qazın verilişində çatışmazlıqlar varsa, bu barədə qaynar xəttə müraciət edə bilərlər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR