Şengen vizasını ən çox alan ölkələr – SİYAHI

sengenÖlkələr arasında ən çox Şengen vizası alan ölkə vətəndaşları Rusiyadır

 Qafqaznews Fins.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya tur sənayesi birliyindən məlumat verilib.

Şimal qonşularımızın hər il 3 milyon Şengen vizası aldığı məlum olub. Bununla yanaşı Şengen vizasına ən az imtina cavabı alanlardan biri də Rusiya Federasiyasının vətəndaşlarıdır. İkinci ən çox Şengen vizası üçün müraciət edən Çin vətəndaşlarıdır.

Çindən 2,3 milyon şəxs Şengen vizası üçün Avropa ölkələrinə müraciət edib. Növbəti pillələrdə isə Ukrayna və Türkiyənin vətəndaşları yer alıb.

Şengen vizasına görə ən az imtina cavabı alanlar isə Belarusiya vətəndaşlarıdır. Bu göstərici 0,3%-dir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR