Şir uşaqların gözü önündə təlimçini parçaladı – VİDEO

3aec2bd500000578-3989956-image-m-14_1480593990393Misirdə şir tamaşa zamanı təlimçiyə hücum edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə The Daily Mail nəşri yazır.

Sirkin 35 yaşlı əməkdaşı İslam Şahin eyni vaxtda üç heyvana nəzarət edərkən yırtıcılardan biri ona hücum çəkib. Təlimçinin həmkarları onu xilas etmək üçün heyvanları uzaqlaşdırıblar, lakin Şahin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd olunur ki, insident zamanı tamaşanı izləyənlər arasında uşaqlar da olub.

Sirk rəhbərliyi bildirib ki, təlimçiyə hücum edən şiri hazırda baytarlar müayinə edirlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR