ŞOK … DTX Sədərək Gömrüyünün rəisini və bir neçə gömrükçünü istintaqa cəlb edib

1479994900_1479733156_sederek-gomruk-copyMirməhəmməd Seyidovun narkotik ticarəti üzə çıxdı 

 Araz.az saytı Sədərək Gömrük İdarəsi rəhbərinin qeyri-qanuni əməlləri haqqında və burada baş verən qanunsuzluqlar barədə bir neçə yazı verib. Şok yaradacaq daha bir məlumatı isə, bu günlərdə almışıq.  Naxçıvan  Dövlət Təhlükəsizlik Xidmətinin narkotik tərkibli dərman əməliyyatının uğurla baş tutması haqqında olan bu məlumatın “əsas qəhrəmanları” da həmin şəxslərdir.

Məlumatda bildirilir ki, DTX Naxçıvan Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Gömrük İdarəsi vasitəsi ilə qanunsuz buraxılan  1200 000 min ədəd, ümumi çəkisi 700 kq olan narkotik tərkibli dərmanları saxlayıb. Məlum olub ki, narkotik tərkibli dərmanları Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov sifariş veribmiş. Hindistandan Türkiyəyə gətirilən narkotikləri Atatürk Hava Limanında endirmək mümkün olmadığı üçün, M. Seyidov Türkiyədəki biznes şəriki, Gülokut Daşıma Şirkətinin sahibi Bahadurla danışaraq, dərmanları narkotranzit yolla Naxçıvana gətizdirib və buradan da  Sədərək Gömrük İdarəsi vasitəsi ilə, qaçaq yolla PKK-ya göndərməyi  planlaşdırıblar. Mirməhəmməd Seyidov və onun uzun müddət müavini işləmiş Arzu Babayev istintaqa cəlb ediliblər. Məlum olub ki, Hava Nəqliyyatı Gömrüyünə yeni rəis təyin olunan gün, dərmanlar saxlanılıb. Yeni rəis təyin olunan günədək, rəis vəzifəsini Arzu Babayev müvəqqəti icra edirmiş. Narkotik tərkibli psixatrop dərmanların buraxılması haqqında  Mirməhəmməd Seyidovla  Arzu Babayevin telefon danışıqları da üzə çıxıb. DTX Mirməhəmməd Seyidovu narkotik qaçaqçılığı və PKK terror təşkilatına kömək və ona himəyadarlıq etməkdə ittiham edir. Arzu Babayev işdən azad olunaraq, sərəncama götürülüb. Seyidovun cinayət əməlləri haqqında mediada silsilə yazılar getməsinə baxmayaraq, o, bundan çəkinməyib. Biz də, Əəvvəlki yazılarımızda  görsənən Seyidov  PKK nın gömrük bölgə sorumlusu  Hamid Küləklə 3 saatlıq görüşündən sonra Hamidin Türkiyəyə qayıtmağı mümkün olmayıb və Seyidova sığınıb. Hamidin Şərur rayon stadionunun otelində yerləşdirildiyi məlum olub.
Xatırladaq ki Sədərək gömürüyünün  rəyisi  Mirməhəmməd Seyidov bir müddət öncəTürkiyənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi də daxil olmaqla 17 nəfər saxlanılmışdı.
Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq,  narkotik ve bir çox dövrüyyəsi qadağan olunan malların qaçaqçılığı, terrora yardım etməkdə və s şübhəli bilinirdilər. Seyidovla həbs olunanlardan biridə Türk vətəndaşı Hamid Küləkidi. Həmin Həmidlə Məhəmməd 9 ay Ərzurum ağır cəza evində birgə yatıblar. Bu cəza evindən 5 000 000$ dollar verərək ikisinində zaminə buraxılmasında FETÖ və PKK rerror təşkilatının rolu böyük olub. Onların Türkiyədəki cinayət işi hələdə açıq qalıb. Sonralar Seyidov məhkəməyə çağırılsada O bundan imtina edib və zaminlik üçün verdiyi pulları silib. Mirməhəmməd Hamid Küləyi Naxçıvanda gizlədib qorumaqla və Sədərək gömrüyündə Fetö, PKK və digər qara güclərin maraqlarına uyğun şərait yaratmaqla Türkiyədəki əmlakınıda qorumuş olur. Hamid Külək Mirməhəmmədin bir neçə mülk və şirkətinidə idarə edir.
Mirməhəmməd Seyidovun Türkiyədəki mülk və şirkətlərindən  bəzilərini sadalayaq.
İğdirdə və Ərzurumda bizə məlum olan 4 ədəd zaprafka bu zaprafkalarda ərzaq dukanı, otel, moyka, zapçast satış dükanı, 2 ədəd tikinti mallarının topdan satış dükanı İstanbulda AVM, mebel fabriki, bir neçə villası, Bodrumda dəniz kənarında villa, bir neçə daşıma şirkəti bu şirkətlərdə olan yük nəqliyyat vasitələrinin sayı 227 dən çoxdur. Azərbaycanda olan mülklərinin bəziləri haqda medyada yazı və şəkilləri gedib. Seyidovun başqa ölkələrdədə mülklərinin olması istisna edilmir. Bakı şəhərində bir neçə aboy dükanı, santexnik malların satış dükanı, mebel dükanı, tikinti materiallarının topdan satış dükanı, böyük meyvə tərəvəz parniki, bir neçə ofisi bəziləri kirayədə, gənclikdə 20 sot torpaq sahəsi, novxanıdakı 7 milyonluq villası, portbaku deyilən binada 3 evi,  Bu gun tək port baku deyilən binada 1 evi almaq bir çox nazirlər üçün belə mümkünsüz ola ola Seyidovun burda 3 evi alıb birləşdirməsi onun nəqədər sərvət sahibi olmasını ortaya qoyur. Bu sərvətlər əmək haqqı ilə alınıb?  Mirməhəmməd Seyidov bir neçə media rəhbərlərini ölümlə təhdid etməkdən belə çəkinmir. Mirməhəmməd Seyidov bilməlidir ki media və söz azadlığının qarantı Möhtərəm Prezitentimiz İlham Əliyev Cənablarıdır. Dövlətimizə , Naxçıvan MR  rəhbərliyinə bu qədər cinayət əməllərlə xəyanət edən Mirməhəmməd Seyidovun qoruyucusu kimdir? Türk məhkəməsindən pul və terrorun təzyiq gücü vasitəsi ilə buraxılan Məhəmməd Seyidovun cinayət əməllərinə bu günə kimi niyə göz yumulub? Seyidov bu təzyiqləri davam etdirirmi?  Ardı var…
Qeyd edək ki Sədərək Gömrüyünün rəyisi Mirməhəmməd Seyidov Azərbaycanlı korrupsioner kimi ölkə sərhədlərindən kənarda , başqa ölkədə həbs olunmuş yeganə məmurdur. Həmçinin Sədərək gömrüyündən İrana qarşı beynəlxalq sanksiyaların “dəlinməsi ” üçün istifadə edildiyi barədə WikiLeaks tərəfindən yayılan Amerika diplomatik teleqramlarında geniş bəhs edilib. Başqa sözlə Sədərək Gömrüyü beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir.

Araz.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR