Sui-qəsdçi Ərdoğanın iştirak etdiyi 8 tədbirdə görəv alıbmış

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu güllələyərək öldürən Mevlut Mərd Altıntaş haqqında yeni məqamlar üzə çıxır.

Sui-qəsdçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi 8 proqramda təhlükəsizliyi təmin edən polis olaraq səlahiyyətləndirildiyi məlum olub.

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi yazıb. Köşə yazarı qeyd edib ki, sui-qəsdi həyata keçirən Mərd Altıntaş 15 iyul, cevrilişə cəhd gecəsindən sonra prezidentin qatıldığı səkkiz proqramlarda binanın daxili təhlükəsizliyini təmin edən polislər arasında olub.

Abdulkadir Selvi həmçinin qeyd edib ki, iyulun 15-i, səhər saatlarında səhhəti ilə bağlı işdən icazə alan Mərd Altındaşın cevrilişə cəhd gecəsi harda olduğu və nə etdiyi müəmmalı olaraq qalır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR